"Ukrayna əsgərləri “kadırovçular”ın təlim düşərgəsini vurub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına deyilir.
Bildirilir ki, hücum zamanı 56 yaraqlı məhv edilib
""Axmat" xüsusi təyinatlıları müvəqqəti olaraq işğal olunmuş Donetskin cənub-qərb hissəsində cəmləşib. Orada dinc əhalini qarət etməklə məşğul olur və döyüş əməliyyatlarının aparılması ilə bağlı səhnələşdirilmiş videoçarxlar çəkirlər. Lakin Ukrayna Silahlı Qüvvələri Kadırovun yaraqlılarının qayğısız həyatına müdaxilə edib. İyunun 6-da təlim düşərgəsində silahlıların cəmləşdiyi ərazidə müdafiə qüvvələrinin effektiv atəşi nəticəsində düşmənin itkiləri 56 nəfərə çatıb", – məlumatda bildirilir.
Şəbnəm Mehdizadə
