Məzmuna keç

Rusiya ordusu son sutkada Ukraynaya 7 raket və 43 hava zərbəsi endirib

"Rusiya ordusu ötən gün ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 43 hava zərbəsi endirib"

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər xülasəsində bildirilib.

Məlumata görə, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 79 hücum təşkil edilib: "Mülki əhali arasında itkilər var".

Qeyd edilir ki, Ukraynanın hər yerində raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.

Şəbnəm Mehdizadə