Məzmuna keç

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, ölənlər var

Türkiyənin Zonquldak şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Həyatını itirən gənclərin əmioğlu olduqları bildirilib.

Xəsarət alan 2 sərnişinin müalicəsinin davam etdiyi, səhhətlərinin yaxşı olduğu qeyd olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə