Türkiyədən Yunanıstana qaçmaq istəyən 16 terrorçu yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ədirnədə son bir həftədə Yunanıstana qaçmağa cəhd edən PKK, FETÖ və İŞİD terror təşkilatlarının üzvü olmaqda şübhəli bilinən 16 şübhəli saxlanılıb.
Birinci dərəcəli qadağan olunuş zonada saxlanılan şübhəlilərdən 13-nün FETÖ, 2-nin PKK, 1-nin isə İŞİD üzvü kimi axtarışda olduğu müəyyən edilib.
Hazırda həmin şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
