"Rusiya hərbçiləri Kaxovskaya su elektrik stansiyasının partlamasından sonra Xerson vilayətinin sol sahilində su basmış kəndləri qarət edirlər"
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb
Qeyd olunur ki, ruslar kənd və şəhərlərin girişlərini bağlayır, evlərdən qiymətli hər şeyi çıxarıb aparırlar.
"Yerli sakinlər evlərinə qayıtmaq istəyirlər. Lakin ruslar bu kənd və şəhərlərin girişini bağlayıb və evləri aktiv şəkildə talayırlar. Ruslar insanların qarşısını kəsiblər. Onların pasportları götürülüb və evə buraxılmırlar", – deyə məlumatda bildirilir.
Şəbnəm Mehdizadə
