"Rus işğalçıları son bir həftə ərzində Baxmut istiqamətində ciddi itkilər veriblər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
"Təkcə Rostov vilayətinin Persianovka kəndi yaxınlığındakı hərbi xəstəxanaya hər gün 50-dən çox işğalçı ağır yaralarla gəlir. Xəstəxana həddindən artıq doludur və kifayət qədər tibb işçisi olmadığı üçün xəstəxanalarda ölüm halları yüksəkdir"- Baş Qərargah qeyd edib.
Şəbnəm Mehdizadə
