Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik Ukrayna ordusunun təcili olaraq daha çox Qərb döyüş tanklarına və digər zirehli texnikalara ehtiyacı olduğunu deyib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
"Hər bir "Leopard 2" həlledici hücumda sözün əsl mənasında qızıla dəyər", – nazir müavini bildirib.
Melnik əmindir ki, Almaniya Silahlı Qüvvələri Ukraynaya daha çox tank verməyə qadirdir. O hesab edir ki, hazırkı rəqəm Almaniyanın özünü müdafiə qabiliyyətinə xələl gətirmədən üç dəfə artırıla bilər.
Melnik, həmçinin Ukrayna ordusuna daha 60 "Marder" piyada döyüş maşınının təhvil verilməsini istəyib.
Şəbnəm Mehdizadə
