Almaniya Ukraynaya "Leopard 1" tanklarının tədarükünü artıracaq.
E–huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
"Biz istismardan çıxmış hər tankı əvəz edə bilməyəcəyik, lakin iyul ayından etibarən "Leopard 1 A5"in tədarükünü artıracağıq. İlin sonuna qədər Almaniya Ukrayna Silahlı Qüvvələrini 100-dən çox belə tankla təchiz etməyi planlaşdırır ", – Pistorius bildirib.
Şəbnəm Mehdizadə
