Türkiyənin İstanbul şəhərində 6 mərtəbəli fabrikdə baş verən yanğın 70 saatdan sonra söndürülüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qida, plastik, tekstil kimi müxtəlif məhsul və xammalın olduğu fabrik binasında yanğınsöndürmə işləri 4 gün fasiləsiz davam edib.
Yanğınsöndürmə briqadasının 31 texnika və 95 canlı qüvvə ilə müdaxilə etdiyi yanğın söndürülərək nəzarətə götürülüb.
Binada soyutma işləri davam edir.
Şəbnəm Mehdizadə
