Rusiya Silahlı Qüvvələri səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kramatorsk və Konstantinovka şəhərlərini atəşə tutub.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 3 dinc sakin ölüb, daha 3 nəfər yaralanıb.
Kirilenko qaz xəttinə və elektrik şəbəkələrinə, həmçinin fərdi evlərə ciddi ziyan dəydiyini qeyd edib.
Şəbnəm Mehdizadə
