Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədə canlı qüvvə itkisinin sayı 217 330 nəfər çatıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Son sutkada 680 rus hərbçisi məhv edilib.
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən etibarən Rusiya Silahlı Qüvvələri 3 943 tank, 7 653 zirehli döyüş maşını, 3 324 operativ-taktiki PUA, 3 783 artilleriya sistemi, 364 hava hücumundan müdafiə sistemi, 603 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 299 helikopter, 1196 qanadlı raket, 18 gəmi/qayıq, 6 482 avtomobil və tanker, 516 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
