Məzmuna keç

Sudandakı toqquşmada ölənlərin sayı 958 nəfərə çatıb

Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş vermiş toqquşmalarda həyatını itirən mülki şəxslərin sayı 958 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan Həkimlər İttifaqı məlumat yayıb.

Aprelin 15-dən başlayan qarşıdurmalarda 4 746 nəfərin yaralandığı bildirilib.

Ölkənin qərbində Çadla sərhəddə yerləşən Cuneyne şəhərində humanitar böhran yaşandığı, qarşıdurmalarda uşaq, qadın və qoca da daxil olmaqla çox sayda mülki şəxsin həlak olduğu qeyd olunub.

Bögədəki vəziyyət vəziyyəti "fəlakət və indiyə qədərki ən pis vəziyyət" olaraq xarakterizə edilib. Xəstəxanalar işləmədiyi və əlaqə kəsildiyi üçün şəhərdə qurbanların dəqiq sayını müəyyən etməyin mümkün olmadığı qeyd edilib.

Şəbnəm Mehdizadə