Türkiyənin Mersin şəhərində yol qəzasında 5 nəfər yaralanıb.
E-huquq.az "DHA"ya istinadən xəbər verir ki, Tarsus rayonunda idarəetmədən çıxan mikroavtobus səkidə asılı vəziyyətdə qalıb.
Təsərrüfat işçilərini daşıyan mikroavtobusdakı 17 nəfərdən 5-i xəsarət alıb.
Yaralılar Tarsus Dövlət Xəstəxanasına aparılıb. Onların vəziyyət qənaətbəxş hesab olunur.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
