Məzmuna keç

Alış-veriş saytlarında saxta elanlar verərək dələduzluq edən 20 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində alış-veriş saytlarında saxta elanlar verərək vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirən 20 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Şöbəsi vətəndaşlardan daxil olan şikayətlər əsasında araşdırmalara başlayıb.

Bir qrup şəxsin alış-veriş saytlarında satış elanları verdikləri, vətəndaşlardan beh aldıqları, lakin məhsulları çatdırmadıqları müəyyən edilib.

Aparılan istintaq tədbirləri çərçivəsində 24 şübhəli şəxslə bağlı həbs qərarı verilib.

Onlardan 20-si yaşadığı mənzilə baxış zamanı saxlanılıb. Digər 4 nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə