Məzmuna keç

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 106-ya çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kvara əyaləti polisinin sözçüsü Okasanmi Acayi məlumat verib.

Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları nəticəsində indiyədək 144 nəfərin xilas edilib.

Qeyd edək ki, iyunun 12-də batan qayıqda 300-ə yaxın insanın olduğu bildirilib. Onlar Niger əyalətindən Kvara əyalətinə gedərkən qayıq çayda ağaca çırpılıb. Qayıqdakıların toy mərasimindən qayıdan zaman hadisənin baş verdiyi qeyd olunub.

Şəbnəm Mehdizadə