Məzmuna keç

Baş Qərargah: “Ukrayna Silahlı Qüvvələri iki istiqamətdə uğurla irəliləyir”

"Ukrayna qüvvələrinin əks-hücumları hazırda Berdyansk və Baxmut istiqamətlərində uğurla davam edir".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalev deyib.

"Berdyansk istiqamətində Makarovka kəndi yaxınlığında, həmçinin Zaporojye rayonunun Novodanilovka və Novopokrovka kəndlərinin ərazilərində döyüşlər davam edir. Baxmut istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Razdolovka – Krasnopolovka və Berxovka – Yaqodnoe istiqamətlərində uğurlu hücum əməliyyatları həyata keçiriblər. Ukrayna əsgərlərinin müdafiə etdiyi yerdə bircə dənə mövqe itirilməyib", – Kovalev bildirib.

Qeyd edək ki, Baş Qərargah Ukrayna Silahlı Qüvvələrinin son üç gündə 200 metrdən 1,4 km-ə qədər irəliləməsi və təxminən 3 kvadrat kilometr ərazinin azad edilməsi barədə məlumat verib. Bildirilib ki, döyüşlər Makarovka, Novodanilovka və Novopokrovka yaşayış məntəqələri ərazilərində davam edib.

Şəbnəm Mehdizadə