Məzmuna keç

Ukrayna SQ: “Zaporojyedə Rusiya pasportundan imtina edənlər şantaj olunur”

"Ruslar müvəqqəti işğal etdikləri ərazilərdə ukraynalılar arasında məcburi pasportlaşdırmanı davam etdirirlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

Bildirilir ki, ruslar Zaporojye vilayətində məcburi pasportlaşdırmanı həyata keçirmək üçün şantaja əl atıblar: "Düşmən mülki əhalini Rusiya vətəndaşlığını almağa məcbur etmək üçün tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, Zaporojye rayonunun Kamenka kəndində 2023-cü ilin əvvəlində işğalçılar İlkin Tibbi Yardım Mərkəzinin əməkdaşlarını şantaj ediblər. Rusiya pasportunu almaqdan imtina edildiyi təqdirdə, pul müavinətinin 60% azaldılacağını bildiriblər".

Qeyd olunur ki, Mərkəzin əməkdaşlarının əksəriyyəti Rusiya sənədlərindən imtina edib və bu səbəbdən ruslar tibb müəssisəsinin bağlanması barədə məlumat veriblər.

Şəbnəm Mehdizadə