Türkiyənin Mersin şəhərində palistik əşyalar istehsal edilən fabrikdə baş verən yanğın söndürülüb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 saat davam edən yanğında 4 nəfər tüstüdən zəhərlənib, 2 nəfər yaralanıb.
Zərərçəkmişlər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onlarının vəziyyətinin yaxşı olduğu bildirilib.
Yanğın nəticəsində fabrikə ciddi ziyan dəyib.
Hazırda yanğının səbəbi araşdırılır.
Şəbnəm Mehdizadə
