Türkiyənin Diyarbəkir şəhərində torpaq üstündən düşən davada 8 nəfər ölüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bismil rayonunda iki ailə arasında torpaq mübahisəsi silahlı insidentə çevrilib.
İlkin məlumata görə, insident nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.
Diyarbəkir valisi Əli İhsan Su iki ailə arasında davanın 200 hektar torpağa görə baş verdiyini deyib. O, həyatını itirənlərə görə dərindən kədərləndiklərini bildirib.
Polis faktla bağlı araşdrma aparır.
Şəbnəm Mehdizadə
