Türkiyənin Manisa şəhərində yük maşını ilə sərnişin avtobusu toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 21 nəfər yaralanıb.
Xəsarət alanlar Mersin Mustafa Kirazoğlu Dövlət Xəstəxanasına və özəl xəstəxanalara aparılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
