Nigeriyanın şimalında təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlarda 2 həftə ərzində 42 terrorçu zərərsizləşdirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin rəsmisi Musa Danmadami məlumat verib.
O, ölkənin şimal bölgəsində müxtəlif ştatlarda həyata keçirilən əməliyyatlar nəticəsində 96 dəstə üzvünün ələ keçirildiyini bildirib.
Əməliyyatlar zamanı, həmçinin dəstə üzvləri tərəfindən girov götürülən 9 mülki vətəndaş xilas edilib.
Danmadami onu da bildirib ki, terrorçulara aid 20 silah, 7 avtomobil və mühüm döyüş sursatı ələ keçirilib.
Şəbnəm Mehdizadə
