Məzmuna keç

Qohumlar arasında silahlı insidentdə 7 nəfər güllələndi

Türkiyənin Samsun şəhərində qohumlar arasında silahlı qarşıdurma baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, düşmənçilik zəminində baş verən insident nəticəsində 7 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsident zamanı təcili yardım yardımının həkimi də güllələnib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə