Məzmuna keç

İstanbulda FETÖ-yə qarşı əməliyyatda 18 nəfər saxlanıldı

Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyatda FETÖ üzvü olmaqda şübhəli bilinərək barəsində həbs qərarı çıxarılan 18 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi İstanbul Respublika Baş Prokurorluğu ilə birgə istintaqa başlayıb.

FETÖ istintaqları çərçivəsində barələrində həbs qərarı çıxarılan və gizləndiyi təsbit edilən 21 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.

Əməliyyatda onlardan 18-i yaxalanıb. Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, 2 min dollar və 1770 avro ələ keçirilib.

Digər 3 şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Şəbnəm Mehdizadə