Məzmuna keç

Rusiyanın mühairəbdəki itkilərinin sayı 218 500 nəfərə çatıb

Ötən gün Ukrayna Silahlı Qüvvələri 590 rus hərbçisini məhv edib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayılan məlumatda bildirilir.

Beləliklə, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 218 min 500 nəfər təşkil edib.

Bundan başqa, Rusiya müharibdə indiyədək 3 965 tank, 7 683 zirehli döyüş maşını, 3 357 operativ-taktiki PUA, 3 812 artilleriya sistemi, 364 hava hücumundan müdafiə sistemi, 606 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 301 helikopter, 1199 qanadlı raket, 18 gəmi/qayıq, 6 519 avtomobil və tanker, 519 xüsusi texnika itirib.

Baş Qərargah məlumatların hələ dəqiqləşdirildiyini qeyd edib.

Şəbnəm Mehdizadə