Türkiyənin Ankara şəhərində silahla vurulan 24 yaşlı vəkil Belen Nesil Coşğun dünyasını dəyişib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, təcili yardıma zəng edən bir nəfər sevgilisinin intihar etdiyini bildirib.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım göndərilib. Polis qadının cəsədini yaşadığı binanın liftinin qarşısında yerdə uzanmış vəziyyətdə tapıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Vəkilin sevgilisi Muhammet B. şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa ifadəsində qadının intihar etdiyini iddia edib. Hadisənin baş verdiyi evdə təxminən bir aya yaxındır yaşadıqlarını bildirən Muhammet B, hamamda olarkən otaqdan atəş səsləri gəldiyini, sevgilsinini yataq otağında çarpayıda yaralı vəziyyətdə gördüyünü deyib. O, qadını xəstəxanaya çatdırmaq məqsədilə qucağına alaraq liftin önünə qədər gətirdiyini, daha sonra təcili yardım çağırdığını bildirib.
Polis hadisənin baş verdiyi mənzildə yataq otağında qan izləri aşkar edib. İstifadə edilən silah isə yorğanın içindən tapılıb.
Şəbnəm Mehdizadə
