Məzmuna keç

Rusiyanın müharibədəki itkilərinin sayı 220 mini keçib

İyunun 18-də ukraynalı müdafiəçilər 630 rus hərbçisini məhv edib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd olunub ki, genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın Ukraynada ümumi döyüş itkiləri təqribən 220 min 450 nəfər təşkil edir.

Məlumata görə, Rusiya müharibədə indiyədək 3 989 tank, 7 735 zirehli döyüş maşını, 3 383 operativ-taktiki PUA, 3 865 artilleriya sistemi, 370 hava hücumundan müdafiə sistemi, 610 reaktiv yaylım atəşi sistemi, 314 təyyarə, 305 helikopter, 1 211 qanadlı raket, 18 gəmi/qayıq, 6 613 avtomobil və tanker, 536 xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə