Meksikanın Verakruz ştatında insan qaçaqmalçıları tərəfindən aldadılan 129 miqrant aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, San İsidro qəsəbəsində müntəzəm yoxlama aparan polis yük maşınında daşınan qanunsuz miqrantların daşındığını müəyyən edib.
Qvatemala, Honduras, El Salvador və Hindistandan olduğu bildirilən miqrantlar himayə altına alınıb.
Bildirilib ki, mühacirlər arasında 19 uşaq da olub və onlar Dövlət Uşaq və Yeniyetmələrin Müdafiəsi Prokurorluğuna təhvil verilib.
Polis insan alverçiləri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.
Şəbnəm Mehdizadə
