Məzmuna keç

Həbsxanaya narkotik keçirməyə cəhd edən vəkil tutuldu

Türkiyənin İzmir şəhərində cəzaçəkmə müəssisəsində müdafiə etdiyi şəxsə narkotik aparmağa cəhd edən vəkil saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, vəkil İzmir Vəkillər Kollegiyasının üzvü Enver Y.nin üzərinə baxış zamanı 40 qram kokain, 15 narkotik həb və mobil telefon aşkar olunaraq götürülüb.

Məhkəmənin qərarı ilə vəkil barəsində həbs qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə