Məzmuna keç

Vəkil ehtiyatsızlıqdan özünü güllələdi

Türkiyənin Kayseri şəhərində vəkil İsmail Kaygısız odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, vəkil evində özünə aid silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və o, sinə nahiyəsindən güllə yarası alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib. 29 yaşlı vəkil Kayseri Şəhər Xəstəxanasına aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə