Məzmuna keç

Kanadada hərbi helikopter qəzaya uğrayıb

Kanadada hərbi helikopter qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Kanadanın Müdafiə Nazirliyi məlumat yayıb.

Ottava çayı yaxınlığında baş verən qəza zamanı hərbi helikopterdə olan 4 hərbçidən 2-i itkin düşüb.

Kanada Silahlı Qüvvələrinin 50 əməkdaşı itkin düşən 2 hərbçinin axtarış-xilasetmə işlərinə cəlb edilib.

Kanadanın baş naziri Castin Trüdo da sosial media hesabından verdiyi açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Baş nazir itkin düşənlərin tez bir zamanda tapılmasını, yaralıların sağalmasını arzulayıb.

Şəbnəm Mehdizadə