İyunun 16-dan Braziliyanın cənubunda baş verən qasırğada həyatını itirənlərin sayının 16-ya çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rio Qrande-do-Sol əyalətinin qubernatoru Eduardo Leite məlumat verib.
O, itkin düşən şəxslərin axtarışlarının fasiləsiz olaraq davam etdiyini bildirib.
Qasırğanın sel və torpaq sürüşməsinə səbəb olduğunu bildirən Leite indiyə qədər 3200 adamın evsiz qaldığını, minlərlə insanın təxliyə edildiyini bildirib.
Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə işlərinin çətinləşdiyi şəhərlərdə hər yer su altındadır. Rəsmilər təxliyə edilən ailələrə zəruri qida məhsullarının paylandığını və yardımların davam etdiriləcəyini açıqlayıb.
Sel və sürüşmə səbəbindən bəzi reyslər ləğv edilib, magistral yollar və küçələr nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə
