Məzmuna keç

Yük maşını ilə sərnişin avtobusu toqquşdu: 2 ölü, 6 yaralı

Türkiyənin Dənizli şəhərində yük maşını ilə sərnişin avtobusu toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Xəsarət alan 6 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

Şəbnəm Mehdizadə