"Rus işğalçıları əsas səylərini şiddətli döyüşlərin getdiyi dörd bölgədə cəmləşdirir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
"Düşmən əsas səylərini Limansk, Baxmut, Avdeyevski və Maryinska istiqamətlərində cəmləşdirməkdə davam edir, ağır döyüşlər davam edir. Gün ərzində 40 hərbi toqquşma olub", – Baş Qərargah qeyd edib.
Qeyd olunur ki, Severski və Slobojanski istiqamətlərində düşmən Ukrayna ilə həmsərhəd ərazilərdə hərbi mövcudluğunu saxlayır.
Şəbnəm Mehdizadə
