Məzmuna keç

Məhkəmə qərarının icrası zamanı vəkillər hücuma məruz qaldı

Türkiyənin Bursa şəhərində vəkil Aleyna Kübra Kanalcı və onun həyat yoldaşı vəkil Məhərrəm Kanalcı hücuma məruz qalıb.

E-huquq.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, qəyyumluqla bağlı məhkəmə qərarının icrası zamanı uşağı qarşı tərəfə vermək istəməyən ailə vəkillərə hücum edib.

Onlar vəkillərə bıçaq və daşla xəsarət yetiriblər.

Faktla bağlı hüquq-mühahizə orqanlarına müraciət olunub. Şübhəli şəxslər saxlanılıb.

Bursa Vəkillər Kollegiyasının sədri Metin Öztosun vəkillərə edilən hücumu qətiyyətlə pislədiyini vurğulayıb.

“Həmkarlarımıza qarşı istənilən hücumda onların yanında olacağıq, bu hadisələrin bir daha təkrarlanmaması üçün bütün istintaqın gedişatını izləyəcəyik. Günahkarlar ən ağır cəzanı alacaq”, – deyə o bildirib.

Şəbnəm Mehdizadə