"Kupyansk-Svatovo xəttində Ukrayna və Rusiya qoşunları mövqe döyüşlərini davam etdirirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Qeyd olunub ki, Kupyansk istiqamətində mövqe döyüşləri davam edir, lakin rus işğalçıları şəhəri yarıb keçə bilmirlər: "Ukrayna qoşunları Kremennaya bölgəsində əks-hücum əməliyyatlarını davam etdirib. Rusiya Federasiyasının Mərkəzi Qüvvələr Qrupunun bölmələri Kremennaya bölgəsində bir neçə rayonda hücum əməliyyatları keçirir və Ukraynanın əks-hücumlarını dəf edir".
Bundan əlavə, ISW analitikləri rusların işğal olunmuş Luqansk vilayətində naməlum hərbi infrastruktur qurduğunu bildiriblər: "İyunun 20-də yayımlanan peyk görüntülər naməlum hərbi infrastrukturun tikintisini göstərir".
Şəbnəm Mehdizadə
