Türkiyənin Bursa şəhərində boya fabrikində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın 2 saat davam edən əməliyyat tədbirləri nəticəsində söndürülüb.
Hadisə nəticəsində fabrikin 2 əməkdaşı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələllik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
