Məzmuna keç

Nəqliyyat vasitəsi aşdı, 14 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərində avtomobilin meşəlik ərazidə aşması nəticəsində 14 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, Ədirnə istiqamətində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq meşəlik sahəyə aşıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib.

Aralarında xarici vətəndaşların da olduğu 14 yaralı ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə