Türkiyənin Bursa şəhərində yaşayış binasının çöl hissəsində quraşdırılan lift qırılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində liftdə olan 4 nəfər ağır xəsarətlər alıb.
Yaralılar Gemlik Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.
Meyitlər müayinə olunması üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
