Məzmuna keç

ABŞ-da 769 min pensiyaçının şəxsi məlumatları oğurlanıb

ABŞ-ın Kaliforniya əyalətindən 769 min pensiyaçının şəxsi məlumatları oğurlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya Dövlət İşçilərinin Pensiya Sisteminin verdiyi açıqlamada bildirlir.

Məlumata görə, iyun ayında fayl ötürmə aləti olan "MOVEit" transferindəki boşluqdan istifadə edərək kiberhücum təşkil olunub. Kiberhücumda 769 min sistem üzvünün şəxsi məlumatları ələ keçirilib. Bunlara ad və soyad, doğum tarixi, sosial təminat nömrələri və ailə üzvlərinin adları kimi məlumatlar daxildir.

Şəxsi məlumatları oğurlanan istifadəçilər baş vermiş kiberhücumla bağlı məlumatlandırılıb.

Kiberhücumun rus hakerlər tərəfindən təşkil olunduğu iddia edilib.

Şəbnəm Mehdizadə