Məzmuna keç

Qadın yeni doğulmuş iki körpəsini öldürərək dondurucuda saxlamaqda ittiham olunur

Cənubi Koreyada iki yeni doğulmuş körpəni öldürərək illərlə dondurucuda saxlamaqda şübhəli bilinən qadının həbsinə order verilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün həmin qadının cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək

Gieonqi Nambu əyalət polisinin rəsmisi körpələrin öldürülərkən cəmi bir günlük olduğu deyib. Polisin sözlərinə görə, 30 yaşlı qadın digər üç uşağına baxmaqda maddi çətinlik çəkdiyi üçün körpələri öldürdüyünü etiraf edib.

İlk qurban qadının 2018-ci ilin noyabrında dünyaya gətirdiyi dördüncü övladı olub. Qadın doğuşdan bir gün sonra qızı boğaraq cəsədini evdəki dondurucuya qoyub. Ana 2019-cu ilin noyabrında doğulan beşinci övladının da həyatına eyni şəkildə son qoyub.

Qadının əri polisə ifadəsində bildirib ki, ona iki uşağın abort edildiyi deyilib və körpələrin qətlindən xəbərsizdir.

Şəbnəm Mehdizadə