Çinin şimalındakı Liaoninq əyalətinin Yinqkou şəhərində polad zavodunda baş verən partlayış nəticəsində 4 işçi həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Səhər saatlarında Yinqkou Dəmir və Polad fabrikinin əritmə sobalarından birində baş verən partlayışda 5 nəfər yaralanıb.
İlkin ehtimala görə, partlayışa səbəb cihazların birində nasazlığın olması olub.
Xatırladaq ki, yanvarın 17-də Liaoninq əyalətinin Panjin şəhərində kimyəvi maddələr istehsal edən fabrikdə baş verən partlayış nəticəsində 5 işçi həlak olmuşdu.
Şəbnəm Mehdizadə
