Taylandın paytaxtı Banqkokda orta məktəbdə partlayış olub.
E-huquq.az BBC-yə istinadən xəbər verir ki, yanğınsöndürmə üzrə təlim zamanı yanğınsöndürən balonun partlaması nəticəsində bir şagird ölüb, 21 nəfər yaralanıb.
Yaralananlardan 7-i yaxınlıqdakı xəstəxanalara aparılıb.
Təhsil Nazirliyinin rəsmiləri hadisə yerinə gedib.
Təlimdə istifadə olunan yanğınsöndürmə vasitələri ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
