Rusiya daha 51 Ukrayna əsgərinin cəsədini təhvil verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.
"Bu gün 51 əsgərin cəsədi Ukraynaya gətirildi. Meyitlər müvafiq qurumların və beynəlxalq təşkilatların dəstəyi ilə Ukraynanın müvəqqəti işğal olunmuş ərazisindən göndərilib", – məlumatda bildirilib.
Qeyd olunub ki, əsgərlərin cəsədlərinin qaytarılması Cenevrə Konvensiyasınıa uyğun həyata keçirilib.
Şəbnəm Mehdizadə
