Türkiyənin Kırklareli şəhərində 2 mərtəbəli binada çöküb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yayla rayonu Namazgah küçəsində yerləşən sahibsiz tikilidə naməlum səbəbdən çökmə baş verib.
Əraziyə xilasedicilər, polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Çökən binanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə
