Türkiyənin Adana şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 14:20 radələrində Saimbəyli rayonunda qeydə alınan yeraltı təkanların episentri 6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntı və tələfat baş verməyib.
Şəbnəm Mehdizadə
