Məzmuna keç

Türkiyədə zəncirvari qəzada 7 nəfər xəsarət alıb

Türkiyənin Afyonkarahisar şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 4 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Şəhərdəki xəstəxanalara çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə