“Biz (ABŞ və Qərb – Qeyd) Rusiyada baş verən hadisələrdə iştirak etmədiyimizi açıq şəkildə bildirdik. Bizim bununla heç bir əlaqəmiz yox idi”.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ Rusiyada baş verən hadisələrə görə bir neçə ssenariyə hazır idi: “Bu, Rusiyanın daxili sisteminin mübarizəsinin bir hissəsi idi”.
Bayden bildirib ki, Vaşinqton, Rusiyada baş verən hadisələrdən asılı olmayaraq, Ukraynaya yardımlarını davam etdirəcək: “Bunu həftəsonu telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin də diqqətinə çatdırmışam”.
