Məzmuna keç

Aİ Ukraynaya 16 milyon avroluq generator tədarük etdi

Avropa İttifaqı Ukraynaya humanitar yardım çərçivəsində 16 milyon avro dəyərində 500 elektrik generatoru bağışlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə bu gün Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari (Balazs Ujvari) bildirib.

Onun sözlərinə görə, bu yardımın edilməsində məqsəd Kaxovka SES-in bəndinin dağıdılmasının yaratdığı çətinliklərlə mübarizəyə kömək etməkdir.

mənbə: apa