“Ən pis tərəfi odur ki, Rusiyada qarışıqlıq olsaydı, Qərb bundan istifadə edəcəkdi. Fikrimcə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik”.
E-huquq.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O, Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”in ölkə administrasiyasına qarşı üsyanı zamanı Belarus ordusunu müharibəyə hazır vəziyyətə saldığını deyib:
“Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”.
