Fransa polisləri bu gecə ərzində ölkədə davam edən iğtişaşların 427 iştirakçısını saxlayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Dermanen özünün "Twitter" səhifəsində yazıb.
"Axşam saatlarından indiyədək 427 nəfəri saxlayan polisin qətiyyətli hərəkətləri sayəsində gecə daha sakit keçib", – deyə o bildirib.
